
"Real”ın keçmiş futbolçusu Ronaldo "Qızıl top”
mükafatının hansı futbolçuya verilməsi barədə fikirlərini bölüşüb. Braziliyalı ulduz
Kriştiano Ronaldunun bu mükafata ən layiqli namizəd olduğunu vurğulayıb.
Ronaldo portuqaliyalı futbolçunun cari mövsümdə "Barselona”lı Messidən daha yaxşı çıxış etdiyini bildirib: "İnanıram ki, "Qızıl top” Ronaldunun olacaq. O yaxşı oynayır və çoxlu qollar vurur. Messi də pis formada deyil, ancaq bu mövsüm göstərdiyi futbol heç də yadda qalan deyil. Gözləyək görək kim qalib olacaq”.