Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın "Aue" komandasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi II Bundesliqanın XIII turunda keçmiş komandası "Karlsrue"yə qarşı forma geyinib. Start heyətində yer alan Nazarov 80-ci dəqiqədə əvəzlənib. "Aue" 7-ci dəqiqədə fərqlənsə də, 41-ci dəqiqədə azlıqda qalıb və 64-cü dəqiqədə qapısında qol görüb. Bu nəticədən sonra "Aue" 20 xalla 5-ci pilədə qərarlaşıb.
Qeyd edək ki, Dmitri Nazarov Azərbaycan millisinin noyabrın 16-da Bakıda Uels, noyabrın 19-d isə Trnavada Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunlarına çağırılıb.