Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq.
A qrupunun lideri İngiltərə Monteneqronu qəbul edəcək. Meydan sahibləri heç-heçə edəcəkləri təqdirdə digər görüşün nəticəsindən asılı olmayaraq final mərhələsinə vəsiqəni təmin edəcək. Qrupun digər matçında Çexiya Kosovo ilə üz-üzə gələcək. Plzen şəhərindəki görüşdə meydan sahibləri qələbə sayəsində AVRO-2020-nin əsas mərhələsində iştirak edəcək. Kosovo isə Millətlər Liqasında yoluna davam etdiyi üçün şanslarını qoruyacaq.
B qrupunun iddialı komandalarından Portuqaliya Litva ilə Serbiya isə Lüksemburqla qarşılaşacaq. Serbiya xal itirsə, Portuqaliya qələbə qazana bilsə final mərhələsinə yüksələcək.
Türkiyə yığmasının yer aldğı H qrupunun da taleyi həll oluna bilər. Türkiyə doğma meydanda İslandiya ilə ən azı heç-heçə etməklə vəsiqəni təmin edəcək. Son dünya çempionu Fransanı isə Moldovanı məğlub edərək istəyinə nail olacaq. Fransalılar İslandiya xal itirsə, vaxtından əvvəl vəsiqə qazanacaq. Qrupun digər matçında Albaniya Andorra ilə qarşılaşacaq.
AVRO-2020
Seçmə mərhələ
A qrupu
23:45. Çexiya - Kosovo
23:45. İngiltərə - Monteneqro
Xal durumu: İngiltərə - 15 xal (6 oyuna), Çexiya - 12 (6), Kosovo - 11 (6), Monteneqro - 3 (7), Bolqarıstan - 3 (7)
B qrupu
23:45. Portuqaliya - Litva
23:45. Serbiya - Lüksemburq
Xal durumu: Ukrayna - 19 xal (7 oyuna), Portuqaliya - 11 (6 oyuna), Serbiya - 10 (6), Lüksemburq - 4 (6), Litva 1 (7)
H qrupu
21:00. Türkiyə - İslandiya
23:45. Fransa - Moldova
23:45. Albaniya - Andorra
Xal durumu: Türkiyə - 19 xal (8 oyuna), Fransa - 19 (8), İslandiya - 15 (8), Albaniya - 12 (8), Andorra - 3 (8), Moldova - 3 (8).
Qeyd edək ki, Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsində iştirakı təmin ediblər.