"Yuventus” klubu iki futbolçusu ilə müqaviləni uzadıb. Sportnet.az-ın məlumatına görə, Turin klubu qapıçı Canluici Buffon və müdafiəçi
Corc Kellini ilə müavilələri yeniləyib.
İtaliya millisinin də şərəfini qoruyan Buffon 2017-ci ilə kimi, Kellini isə 2018-ci ilə kimi müqavilələrini uzadıblar.
Buffon 2001-ci ildən "Yuventus”un şərəfini qoruyur.
Bu mövsüm 15 matça çıxan əlcək sahibi qapısında 8 qol görüb.
Kellini isə 2005-ci ildən Turin klubuna xidmət edir. Bu mövsüm o komandasının heyətində 13 oyun keçirib.