AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.
Sportnet.az xəbər verir ki, milli assosiasiya rəsmisi UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, matç noyabrın 27-də Saloniki şəhərindəki Toumba stadionunda baş tutacaq.