"Zədədən qayıtmağıma xoşbəxtəm. Futbol üçün çox darıxmışdım".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Eriko Da Silva klubun mətbuat xidmətinə açıqlamasında deyib. Braziliyalı müdafiəçi komandasına xal qazandırmaq üçün əlindən gələni edəcəyini bildirib: "İrəlidə vacib oyun var. "ASCO Arena"da qələbəni təmin etmək üçün məşqlərdə hamı çox ciddi hazırlaşır".
Qeyd edək ki, noyabrın 23-də keçiriləcək "Səbail" - "Sabah" matçı saat 15:00-da başlanacaq.