“Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir".
Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd Yunanıstanın Patra şəhərindəki Avropa çempionatının seçmə oyununda Qazaxıstana 0:2 hesablı məğlubiyyəti şərh edərkən deyib. Gənc mütəxəssis bildirib ki, iki kobud səhvlərindən rəqib məharətlə istifadə edərək qalib gəlməyi bacarıb: "Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərlərində çox çalışmalıdırlar”.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk 2 görüşündə də uduzub. Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə məğlub olub.