“Qalib gəldiyimiz üçün xoşbəxtik. Ancaq artıq diqqətimizi Avropa Liqasına yönəltməli, qələbələrimizi davam etdirməliyik”.
Sportnet.az xəbər verir ki, bunu UEFA Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Sevilya”nın futbolçusu Fernando Fransisko Rejes İspaniya La Liqasının XIV turunda səfərdə “Valyadolid”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Cari mövsümdə rəqib meydanlarında keçirdiyi 8 oyundan (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) 16 xal toplayan Andalusiya təmsilçisi ən yaxşı səfər komandasıdır. 32 yaşlı braziliyalı yarımmüdafiəçi bundan xəbərsiz olduğunu söyləyib: “La Liqada ən yaxşı səfər komandandası olduğumuzu bilmirdim. Bu dinamikanı saxlamaq üçün daha da inkişaf etməliyik. Çətin rəqiblə ağır görüş oldu. Çox diqqətli oynadıq və vacib qələbə qazandıq. Bu gün öz oyun tərzimizi saxlamaqla, qalib gəlmək istəyirdik. Ev matçlarında da bu cür olmalıdır”.
“Sevilya” hazırda 27 xalla 3-cü sıradadır. Xulen Lopeteginin rəhbərlik etdiyi kollektiv ilk iki pilləni bölüşən “Barselona” və “Real Madrid”dən 1 xal geri qalır. Lakin sözügedən komandaların ehtiyatda öz aralarında oyunu qalıb.
Qeyd edək ki, Avropa Liqasında V turun “Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 24:00-da başlayacaq ("Report").