İsveç milliisinin sabiq futbolçusu Zlatan İbrahimoviç "Hammarbü" klubunun səhmlərinin bir hissəsini satın alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı hücumçu "Hammarbü"nün həm Stokholmda, həm də İsveçdə çox hörmət edilən və ehtiraslı azarkeşləri olan fantastik klub olduğunu söyləyib: "Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam".
Qeyd edək ki, son olaraq ABŞ-ın “Los-Anceles Qelaksi” komandasında çıxış etmiş Zlatan İbrahimoviç hazırda klubsuzdur. İsveç çempionatı noyabrın əvvəlində başa çatıb. "Hammarbü" yarışı 65 xalla 3-cü pillədə bitirib.