
Almaniyanın "Leyptsiq" komandasına rəhbərlik edən Yulian Nagelsman UEFA Çempionlar Liqasının tarixində "pley-off" mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçidir.
Sportnet.az xəbər verir ki, almaniyalı mütəxəssis buna 32 yaş 4 ay 4 günündə nail olub. Komanda Portuqaliya "Benfika"sı ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, məğlubiyyətdən qaça bilib - 2:2.
Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Rusiya "Zenit"i və Fransa "Lion"unun 7, "Benfika"nın isə 4 xalı var.
Qeyd edək ki, Yulian Nagelsman"Leyptsiq"ə bu ilin yayından rəhbərlik edir.