"Zədədən sonra oyuna qayıtmağıma çox şadam, bu tamamilə xüsusi hissdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in qapıçısı Aleksandr Rıbka klubun rəsmi saytına açıqlamasında deyib. Ukraynalı qolkiper diqqətlərini "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçına yönəltdiklərini bildirib: "Komandada hamı qələbə yoluna qayıtmaq üçün çalışır".
Qeyd edək ki, dekabrın 1-də "ASCO Arena"da keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 15:00-da başlanacaq.