
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb. 24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klubunda çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub.