
“Sabah” komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Jelko Sopiçin baş məşqçi olduğu komanda ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinkeni” klubu ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.
Qeyd edək ki, "Sabah" yanvarın 11-də Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq. “Akademika Klinkeni” yanvarın 18-də Azərbaycanın digər təmsilçisi "Qarabağ"la yoxlama oyunu keçirəcək.