"Arsenal"da nadir hallarda meydana daxil olan hücumçu
Lukaş Podolski gələcək taleyini müəyyənləşdirmək üçün Arsen Vengerlə görüşmək
niyyətindədi. Sportnet.az-ın
məlumatına görə, Olivye Jirunun zədədən qayıtması ilə oynamaq şansları daha da
çətinə düşən almaniyalı forvard dəfələrlə mübarizə aparmaq istəyini Vengerə çatdırıb.
Fransız mütəxəsis isə 29 yaşlı hücumçuya etimad göstərməsə də, onu
komandada saxlamağa çalışır. "Kicker" nəşrinə açıqlama verən Podolski
növbəti dəfə bu məsələyə toxunub: "Vengerlə danışmağa cəhd etməliyəm.
Özümü göstərmək üçün ədalətli şans əldə etmək istəyirəm. Londonu və
"Arsenal"ı sevirəm. Amma hazırki situasiya məni qane edə bilməz. Mən
təlxək deyiləm".
Qeyd edək ki, Podolski 2012-ci ildən "Arsenal”da çıxış edir.