
FİFA
2014-cü ilin ən yaxşı qapıçısını müəyyənləşdirir. Sportnet.az-ın məlumatına
görə, ali qurum 2014-cü ilin simvolik millisi üçün 5 əlcək sahibi namizədin adını
açıqlayıb.
Siyahıya
almaniyalı Manuel Noyer ("Bavariya”), çilili Klaudio Bravo ("Barselona”), belçikalı
Tibo Kurtua ("Çelsi”), ispaniyalı İker Kasilyas ("Real Madrid”) və italiyalı
Canluici Buffon ("Yuventus”) daxil ediliblər.
2014-cü ilin simvolik millisi yaxın həftələrdə açıqlanacaq.