Braziliya
və dünya futbolunun əfsanəsi, 3 qat dünya çempionu Pele yenidən xəstəxanaya
yerləşdirilib. Sportnet.az-ın məlumatına görə, buna səbəb sidik yollarının infeksiyasıdır.
74 yaşlı veteran klinikaların birində müayinədən keçirilir. Onun vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Pele mədəsindəki ağrılardan şikayətlənib və əməliyyat olunub. Dünya çempionunun böyrəyindəki daşlar götürülüb.