
"Barselona”
klubunun keçmiş baş məşqçisi Pep Qvardiola Messinin yeni rekordu haqda
fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, məşqçi La Liqa tarixinin ən çox qolunu
vuran argentinalının rekordunun 600 il qırılmayacağını bildirib.
"Bavariya”nın
baş məşqçisi Pep Qvardiola İngiltərə mətbuatına açıqlamasında "Barselona”nın "Sevilya”
ilə matçında het-trik edən Lionel Messinin rekordunu dəyərləndirib: "Hələ 27
yaşındadır. Ancaq indidən rekordu qırdı. Messinin rekordu 60 da deyil, 600 il sonra
da qırılmaz”.
Qvardiola
Messinin "Barselona”da xoşbəxt olmadığı haqda fikirlərə də münasibət bildirib: "Ümid
edirəm Messi karyerasını "Barselona”da başa vurar. Çünki o, bu kluba hər şeyini
verib və klubunu çox sevir”.
Qeyd edək ki, Messi La Liqada "Sevilya” ilə matçda het-triklə 253-cü qolunu vuraraq "Atletik Bilbao”lu Telmo Zarraya aid 60 illik rekordu qırıb.