
"Simurq" komandasının sabiq baş məşqçisi Sergey Yuran Rusiya "Ximki"sinin sükanı arxasına keçib.
Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis bu klubda ikinci dəfə eyni postda çalışacaq. O, Moskva vilayətini təmsil edən komandada ilk dəfə 2008-ci ildə baş məşqçi olub. Həmin vaxt "Ximki" Premyer Liqada qalmağı bacarıb.
Yuran bu dəfə Andrey Talalayevi əvəzləyib. Talalayev klubun inkişaf vektorunu dəyişərək, gənclərə daha çox diqqət yetirəcəyini açıqlamasından sonra klubu tərk edib.
Qeyd edək ki, Sergey Yuran artıq fəaliyyətini dayandırmış "Simurq"da 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək çalışıb.