
İngiltərə millisinin və "Vest Bromviç” klubunun hücumçusu Saido Beraino polis tərəfindən saxlanılıb.
Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçunun sərxoş vəziyyətdə
avtomobil idarə etməsi olub.
Polis
ilkin olaraq futbolçunu sürət həddini aşdığı üçün saxlayıb. Lakin araşdırma
nəticəsində onun sərxoş olduğu aydınlaşdırılıb. Beraino dekabrın əvvəlində polis
idarəsinə gələrək izahat verməlidir.
Qeyd edək ki, Saido Beraino İngiltərə çempionatında 12 oyun keçirib, 3 qol vurub. Həmçinin futbolçu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Sloveniya ilə oyun və Şotlandiya ilə hazırlıq qarşılaşmalarına dəvət olunmuşdur.