
"Real”ın
futbolçusu Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo barədə fikirlərini
bölüşüb. Sportnet.az-ın məlumatına görə, futbolçu öz oyununun yaxşılaşmasında
Ronaldonun xidmətini xüsusi vurğulayıb.
Beyl
portuqaliyalının ona yaxşı münasibət göstərdiyini və məsləhətlər verdiyini
bildirib: "Dünyanın ən yaxşı futbolçusundan nələrsə örgənmək inanılmazdı. O
mənə oyun səviyyəmi yüksəltməyə çox kömək olur. "Real”a gəldiyim ilk gündən mənə
yaxşı münasibət göstərir, Madriddə yaşamalı olduğumu məsləhət görür”.
Qeyd edək ki, Qaret Beyl 2013-cü ildə Madrid klubuna transfer olunub. Bu müddət ərzində "Real"la İspaniya kuboku, Çempionlar Liqası və Avropa Superkubokunu qazanıb.