Rusiya milli komandasının və Moskva "Lokomotiv"inin futbolçusu Anton Mirançuk AVRO-2020-ni buraxa bilər.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Qətərdə keçirilən turnirin ilk turunda Serbiya "Partizan"ı ilə görüşdə zədələnib. Onun çeçələ barmağı sümüyü qırılıb. Nəticədə Mirançuk 18-ci dəqiqədə əvəzlənməli olub. Orta sahə oyunçusunun zədəsinin ciddi olduğu ehtimal edilir.
Qeyd edək ki, "Partizan"la görüşdə "Lokomotiv" penaltilərlə qələbə qazanıb - 4:2 (əsas vaxt - 1:1).