İtaliyanın "Torino" futbol komandası baş məşqçisi Valter Mazzarrini istefaya göndərib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu bu postda Moreno Lonqo əvəzləyib.
Qeyd edək ki, Valter Mazzarri 2018-ci ildən "Torino"nun baş məşqçisi olub. 22 turdan sonra 27 xal toplaya bilən Turin təmsilçisi A Seriyasında 12-ci pillədə qərarlaşıb.