
Türkiyənin "Fənərbaxça” klubu "Portu”nun müdafiəçisi Rolandonu transfer
etmək istəyir. Sportnet.az-ın məlumatına görə, Bruno
Alveşin intizamsızlığından narazı qalan "sarı-lacivərdlər” onu məhz həmyerlisi əsil
adı Ronaldo Corce Pireş da Fonseka olan Rolando ilə əvəzləmək niyyətindədi.
Portuqaliyanın məşhur "A Bola” nəşri oyunçunun meneceri Franko
Kamotsinin də bu iddianı təsdiq etdiyini bildirib.
Qeyd edək ki, Portuqaliya millisinin də üzvü olan 29 yaşlı futbolçunun "Fənərbaxça” ilə yanaşı, "Spartak”ın da maraq dairəsində olduğunu bildirilir.