İspaniya "Barselona"sının idman direktoru Erik Abidal klub prezidenti Xosep Mariya Bartomeu ilə görüşün yekununda vəzifəsindən kənarlaşdırılmayıb.
Sportnet.az-ın Sport.es-ə istinadən məlumatına görə, klub rəhbərləri arasındakı danışıqlar 2 saatadək davam edib. Görüşdə daha vir direktor Oskar Qrau da iştirak edib. Bartomeu Abidalın da, komandanın kapitanı Lionel Messinin də arqumentlərini dinlədikdən sonra fransalı mütəxəssisi istefaya göndərməməyi qərara alıb.
Daha əvvəl idman direktoru Ernesto Valverdenin "Barselona"nın baş məşqçi postundan qovulmasını şərh edərkən, futbolçuların oyuna sonadək köklənmədiklərini bildirib. Messi isə Abidala tam gücü ilə oynamayan futbolçuların adlarını açıqlamasını təklif edib.