
Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya millisinin sabiq futbolçusu Uqu Almeyda karyerasını başa vurub.
Sportnet məlumatına görə, 36 yaşlı hücumçu "Akademika de Koimbra"nın U-23 komandasında məşqçiliyə başlayacaq. O, son olaraq, elə bu komandada çıxış edib.
Ümumilikdə isə Almeyda futbolçu karyerası ərzində "Portu", Almaniyanın "Verder" və "Hannover" klublarında da formasını geyinib.