
Şotlandiyanın II Liqasında çıxış edən "Stenhausmüir"in futbolçusu Konner Duti bütün növ idman fəaliyyətindən 2 il müddətinə kənarlaşdırılıb.
Sportnet.az-ın "Edinburgh Evening News" nəşrinə istinadən məlumatına görə, səbəb 23 yaşlı yarımmüdafiəçinin marixuanadan istifadə etməsidir. Onun 16 mart 2019-cu ildə "Stranrayer"lə matçdan (0:1) sonra verdiyi dopinq-testin nəticəsi müsbət olub. Ötən mövsüm Duti bütün yarışlarda 38 oyuna 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun yarışdankənar dövrdə marixuana çəkməsi qadağan edilməyib. Lakin mövsümün gedişində onun orqanizmində bu maddə aşkarlansa, bu, diskvalifikasi ilə nəticələnəcək.