Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebinin dirsəyi qırılıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə komandanın "Fulya Hakkı Yeten" bazasında baş verib. Çebi orada "ağ-qaralar"ın qadınılardan ibarət komandasının "Ataşehir Belediyespor"la oyununu izləyirmiş.
Xəstəxanada müalicə olunduqdan sonra o, evinə buraxılıb.