“Betis” komandasının matçına “Sevilya" klubunun futbolkası ilə gəlmiş təxminən 14-15 yaşlı yeniyetmə "Benito Vilyamarin" stadionundan qovulub.
Sportnet.az xəbər verir ki, qəribə hadisə İspaniya çempionatının 23-cü turunun "Barselona”ya (2:3) qarşı oyun zamanı baş verib.
Azarkeşlər bir yeniyetməni stadiona “Betis”in prinsipial rəqibi olan komandanın müdafiəçisi Dieqo Karlosun futbolkasında gəlməsini görüblər və onu futbolkanı üst paltarının altında gizlətməyə məcbur ediblər. Lakin bu da kifayət etməyib – onlardan bəziləri yeniyetmədən stadiondan uzaqlaşmağı xahiş ediblər.
Epizodun əvvəlcə videosu, sonra isə fotosu “GolesTV.com”un “Twitter” səhifəsində yerləşdirilib.
Eyni şəhəri təmsil edən "Betis"lə "Sevilya" qarşıdurması İspaniyada ən prinsipial mübarizələrdəndir. Komandalar bu günə kimi 130 matçda üz-üzə gəliblər. Qarşılaşmalardan 61-i "Sevilya”nın, 38-i "Betis”in qələbəsi ilə başa çatıb. Daha 31 matçda qalib müəyyənləşməyib.
Sevilya komandaları arasında növbəti matç martın 15-də "Ramon Sançes Pisxuan" stadionunda olacaq.