
"Dandolk" klubunun futbolçusu Cordan Flores İrlandiya çempionatının IV turunda "Şemrok Rovers"lə səfər qarşılaşması zamanı ağlasığmaz qola imza atıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 22-ci dəqiqədə künc zərbəsindən gələn topu yerində dönərək, qüvvətli vuruşla qapıdan keçirib. Bununla da oyunda tarazlıq yaranıb - 1:1. Lakin görüş "Şemrok Rovers"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Dandolk" bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. İrlandiyada 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi evdə 3:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Shamrock Rovers 1-1 Dundalk - Wow! Jordan Flores scores a goal of the season contender to level things at Tallaght. You'll be watching this goal for years to come. #rtesoccer #dundalk #greatestleagueintheworld pic.twitter.com/WHSzbWb1I7
— Soccer Republic (@SoccRepublic) February 28, 2020