"Atletiko
Madrid” klubunda forma geyinən Türkiyə millisinin üzvü Arda
Turanın komanda yoldaşı Xuanfran futbolçu haqqında fikirlərini bildirib. Sportnet.az-ın
məlumatına görə, Xuanfran Ardanın yaxşı
oynadığı vaxt "Atletiko”nun da yaxşı oynadığını deyib.
La Liqa komandasında dördüncü mövsümünü keçirən Arda Turan,
bu mövsüm göstərdiyi oyunu ilə öndə olmağa davam edir. "Atletiko Madrid”in müdafiəçisi Xuanfran İspaniya mətbuatına verdiyi açıqlamada türk futbolçunu
tərifləyib: "Arda ilə meydançada dil tapmamaq mümkün deyil, çünki çox yaxşı
oynayır. Arda yaxşı oynayanda, "Atletiko” da yaxşı oynayır. İnşallah, Arda bu
şəkildə bizə böyük bir zövq verməyə davam edəcək”.
29 yaşlı ispan futbolçu fiziki cəhətdən özünü çox yaxşı hiss
etdiyini vurğulayıb: "Həmişə belə davam etməyi və özümü daha da inkşaf etdirməyi
istəyirəm. Həmişə daha yaxşı olmağa çalışıram”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |