UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) komandaları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma boş tribunalar önündə oynanılacaq. Səbəb koronavirus epidemiyasının yayılmasıdır.
Qeyd edək ki, matç martın 19-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. UEFA daha öncə bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb.