Türkiyənin "Qalatasaray" klubunun keçmiş kapitanı Bülent Korkmaz Yılmaz Vuralın nailiyyətini təkrarlayıb.
Sportnet.az-ın məlumatına görə, "Böyük Kapitan" bu mövsüm iki ayrı-ayrı komandanın baş məşqçisi kimi "Fənərbağça"nı yenməyə müvəffəq olub. O, ilk dəfə 2019-cu il oktyabrın 4-də "Antalyaspor"un sükanı arxasında ikən "sarı-lacivərdlilər"ə səfərdə qalib gəlib - 1:0. Korkmazın hazırda rəhbərlik etdiyi "Konyaspor" da ötən gün eyni hesablı qələbəyə nail olub. "Ağ-yaşıllar" 9 futbolçu ilə qalmalarına rəğmən hesabı qoruyublar.
Vural 1997/1998 mövsümündə "Trabzonspor" və "Gənclərbirliyi"nin baş məşqçisi kimi "Fənərbağça"nı məğlubiyyətə uğradıb. Hazırda "Akhisarspor"a rəhbərlik edən 67 yaşlı mütəxəssis 34 illik məşqçi karyerası ərzində iş yerini 38 dəfə dəyişib.
Qeyd edək ki, Bülent Korkmaz 2019-cu ilin sentyabrından 2010-cu ilin martınadək "Bakı" komandasının baş məşqçisi olub.