UEFA AVRO-2020-nin koronavirus pandemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, məlumatda turnirin gələn ilin yayında keçiriləcəyi qeyd olunub.
---------------------------------------------------
Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.
İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Peşəkar Futbolçular Federasiyası (FİFPro) görüşdə qəbul olunub.
Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Qərara əsasən, turnir gələn ilin yayında - 11 iyun - 11 iyulda təşkil olunacaq.