
"Bavariya”
klubunun yarımmüdafiəçisi Mario Götze Braziliyada keçirilən dünya çempionatının
finalında Argentina millisinə qol vurduğu butsularını auksiyona çıxarıb.
Sportnet.az-ın məlumatına görə, futbolçu butsudan gələn pulu xeyriyyə məqsədi
ilə istifadə edəcəyini bildirib.
Almaniya millisinin futbolçusu final oyunundan sonra butsuları bir daha geyinmədiyini qeyd edib: "Bu dünyada ən məşhur butsudur. Hansı ki, bütün Almaniyanı sevincə qərq edib. Heç vaxt onu təmizləməmişəm. İndi o Rioda, stadiondan çıxan an olan vəziyyətdədir. Final oyunundan sonra bir dəfə də olsun geyinməmişəm. Evimdə saxlamışam”.