UEFA Qazaxıstanın "Ordabası" klubunun qarşıdakı iki mövsümdə avrokuboklardan kənarda qalmayacağını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun Klublara Maliyyə Nəzarət Orqanı xəbər yayıb. Bildirilib ki, Şimkent təmsilçisi 2019-cu ilin dekabrında müəyyən olunmuş maliyyə meyarlarını yerinə yetirdiyi üçün avrokuboklarda iştiraka qoyulan qadağa aradan qaldırılıb.
Qeyd edək ki, "Ordabası"ya Bakı "İnter"inin (hazırkı "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze rəhbərlik edir. Komanda ötən mövsüm Premyer Liqanı 3-cü pillədə bitirdiyi üçün Avropa Liqasında iştirak hüququ qazanıb.