Rusiyanın "Zenit" futbol komandasının baş məşqçisi Anna Semak ölkə prezidenti Vladimir Putin və onun ABŞ-dan olan həmkarı Donald Tramp barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, xanım Semak Putinin çarlığa təklif olunmasının vaxtı çatdığını bildirib. O bildirib ki, Böyük Britaniyanın monarxlarında belə ənənə olsa da, Rusiyada bu, itib: "Fikrimcə, Vladimir Vladimiroviçin müddəti insan dövrü və həyatın bitdiyi məntiqlə yekunlaşacaq. Trampa gəldikdə, məncə, onu yenidən seçməyəcəklər".
Qeyd edək ki, Sergey və Anna Semak 8 uşaq böyüdürlər. S.Semakın ilk nikahından bir oğlu, Annadan üç oğlu, iki qızı var. A.Semak isə ilk nikahından bir qız dünyaya gətirib. S.Semak onun üçüncü əridir. Bundan başqa cütlük 2016-cı ildə əlil uşağı qızlığa götürüb.