Ukrayna “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev gəzintidən sonra səhhətinin pis olmasından şikayətlənib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı keçmiş yarımmüdafiəçi bununla başlı “İnstagram” hesabından paylaşım edib.
Əliyev izləyicilərinə səslənərək onlardan nə etməli olduğunu soruşub: “Hamıya salam, nə edəcəyimi deyin. Temperatur 37,4 - 37,5-dir. Özümü yaxşı hiss edirəm, sadəcə öskürək var. Bu nədir: sadəcə xəstələndim, soyuq dəydi və ya nə? Təcili yardım çağırmağın mənası varmı? Bu gün gəzintiyə çıxmışam".
Qeyd edək ki, Aleksandr Əliyev daha öncə koronavirus pandemiyasını “feyk” adlandırmışdı.