İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü vaxtından əvvəl tamamlanacağı təqdirdə, çempionatın hansı itkilərə məruz qalacağı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Premyer Liqanın baş direktoru Riçard Masters “Sky Sports”a açıqlama verib. O, bildirib ki, mövsüm başa çatmasa, 1 milyard funt sterlinq itirəcəklər.
Qeyd edək ki, İtaliyanın “Udineze” klbunun idman direktoru Pyerpaolo Marino İngiltərə Premyer Liqası rəhbərliyinin mövsümü vaxtından əvvəl tamamlamağa hazırlaşdığını açıqlayıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.