İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Joze Mourinyo Londondakı parkların birində məşq keçməklə səhvə yol verdiyini etiraf edib.
Spotnet.az “Sky Sports”a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis hərəkətlərinin dövlət protokoluna uyğun olmadığını bildirib. Onun sözlərinə görə, indi insanlar yalnız birgə yaşadıqları insanlarla əlaqə qura bilərlər: "Hər kəsin hökumətin tövsiyyələrinə əməl etməsi çox vavibdir. Həyatımızı xilas edən Milli Səhiyyə Xidmətindəki qəhrəmanlarımıza dəstək verməliyik”.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 29 oyundan 41 xalla 8-ci pillədə qərarlaşıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.