Türkiyə millisi və Almaniyanın "Union Berlin" klubunun futbolçusu Yunus Mallı karantin altına alınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Urs Fişer açıqlama verib.
54 yaşlı mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin hazırda öz evində təcrid olunduğunu bildirsə də, onun koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatının olmadığını söyləyib.
Futbolçunun bu səbəbdən, komandanın məşqlərində iştirak edə bilmədiyi qeyd olunub.