İtaliya A Seriyasında cari mövsümün qalan hissəsi azarkeşsiz keçirilə bilər.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, hökumət koronavirus pandemiyasının daha ciddi fasadlara yol açmaması üçün fanatların ən azı 2021-ci ilə qədər stadionlara buraxılmamasının tərəfdarıdır.
İtaliyada karantin rejimi ilə bağlı qadağalar mayın 3-dən yumşaldıla bilər. Bir gün sonra isə klubların məşqlərə başlayacağı gözlənilir.