İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasının davam etdiyi müddətdə dövlət dəstəyi sistemindən istifadə etməyəcək.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub bütün işçilərinə maaşların ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası ən azı aprelin 30-dək təxirə salınıb. Çempionatda 38 turdan 29-u oynanılıb. "Arsenal" 40 xalla 9-cu pillədə qərarlaşıb.