Oğuzda futbol oynayaraq karantin rejimini pozan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Sportnet.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyənləşdiriblər.
Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.