Türkiyənin "Eskişehirspor" klubunun futbolçusu Kaan Öztürk dünyasını dəyişib.
Sportnet.az I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu avtomobil qəzasında ölüb.
Hadisə ötən gün Osmanqazi məhəlləsində baş verib. Gənc oyunçunun maşını bir anda idarəetmədən çıxaraq aşıb və yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində ağır yaralanan futbolçu xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kaan Öztürk "Eskişehirspor"un yetirməsi olub.