UEFA çempionatı başa çatdıra bilməyən ölkələrdə avrokubok iştirakçılarını idman prinsipləri əsasında müəyyənləşdirəcək.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən məlumatına görə, məsələ ilə bağlı qərar qitə futbol qurumunun İcraiyyə Komitəsində qəbul olunub. İddia edilir ki, 2019/2020 mövsümünü bitirmək mümkün olmasa, avrokuboklara vəsiqələr çempionatların dayandırılmasından əvvəl toplanan xallara əsasən bölünəcək.
Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin milli çempionatlar və avrokuboklar barədə qərar verəcəyi gözlənilir.