"Qəbələ"nin sabiq futbolçusu Ruslan Fomin komandanın keçmiş baş məşqçisi Roman Qriqorçukun Ukraynanın "Dinamo" (Kiyev) klubunda çalışma şanslarını şərh edib.
Sportnet.az-ın məlumatına görə, hazırda Ukrayna "Mariupol"unda çıxış edən 34 yaşlı hücumçu Qriqorçukun "Dinamo"da uğur qazanmasının mümkünlüyünü vurğulayıb. O hesab edir ki, 55 yaşlı mütəxəssis sərt xarakterə malik güclü baş məşqçidir: "Yəqin ki, heç də hamı belə xarakterə dözə bilməz. Amma fikrimcə, qələbəyə can atması, hətta məşqlərdə belə, tələbkarlığı ilə Roman İosifoviç 100 faiz "Dinamo"da nəyisə dəyişə bilər. Amma hansı istiqamətə: nəticə olacaqmı, ya yox, demək çətindir".
Qriqorçuku spesifik baş məşqçi kimi dəyərləndirən Fomin ukraynalı mütəxəssisə yol tapmaq çətindir: "O, daha çox taktikdir".
Qeyd edək ki, Roman Qriqorçuk 2014-cü ilin dekabrından 2018-ci ilin iyununadək "Qəbələ"nin baş məşqçisi olub. O, daha sonra Qazaxıstan "Astana"sında çalışıb. Qriqorçuk yanvarın 13-dən işsizdir.