Fransanın PSJ klubunun Liqa 1-də 2019-2020 mövsümünün çempionu olması rəsmiləşib.
Sportnet.az yarışın saytına istinadən xəbər verir ki, 27 turdan 68 xal toplayan paytaxt təmsilçisi qalib elan olunub.
Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib.
Fransanı avrokuboklarda təmsil edəcək komandaların adların da aydınlıq gəlib. Yarımçıq dayandırılan mövsümü 2-ci sırada başa vuran "Marsel" PSJ ilə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" ÇL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında iştirak hüququ qazanıb.
________________________________________________________________________________________________
***14:40
Futbol üzrə Fransa çempionatında qalib elan olunub.
Sportnet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 rəhbərliyi turnir cədvəlindəkı sıralamanı olduğu kimi saxlayacaq.
Bununla da PSJ 27 oyundan sonra 68 xalla 2019/2020 mövsümünün çempionu olub. 28 qarşılaşmada 58 xal toplayan "Marsel" 2-ci, 50 xalı olan "Renn" isə üçüncü yeri tutub.
"Tuluza" və Amyen" komandalarının aşağı dəstəyə düşəcəyi bildirilib.
Qeyd edək ki, çempionluq rəsmiləşsə, bu PSJ-nin liqada ardıcıl 3-cü, ümumilikdə isə 9-cu qələbəsi olacaq.
Xatırtladaq ki, Fransanın baş naziri Eduar Filipp ölkədə bütün kütləvi idman tədbirlərinin, eyni zamanda Liqa 1 və Liqa 2-də cari mövsümün yekunlaşdığını açıqlamışdı.