İspaniyanın
"Atletiko” və "Deportivo” klublarının 88 azarkeşi yaxın 5 il ərzində
komandalarının oyununu izləyə bilməyəcək. Sportnet.az-ın məlumatına görə, ümumilikdə
klublar 60 min 1 avro dəyərində cəzalandırılıblar.
Buna səbəb noyabrın 30-u "Visente Kalderon” stadionunun ətrafında baş verənlərdir. Hadisə zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər isə vəfat edib.