Mövsümün sonunda "Qəbələ"dən ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Qəbələ Akademiyasının yetirməsi olan Qismət Alıyev mövsümün sonunda komandanı tərk edəcək.
24 yaşlı yarımüdafiəçi ilə "Zirə" maraqlanır və böyük ehtimalla Alıyev karyerasını məhz qəsəbə təmsilçisində davam etdirəcək.
Qeyd edək ki, daha öncə "Qəbələ"də Amin Seydiyev "Sabah"a keçib.