Fransanın PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalves münasibətdə olduğu kiberidmançı Tiaqo Ramosla mübahisə edib.
Sportnet.az-ın "Correio24horas" nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı idmançı əl kəsikləri ilə xəstəxanaya düşüb. Ona 12 tikiş qoyulub. Bundan sonra cütlük münasibətlərini aydınlaşdırmaq üçün polis idarəsinə yollanıb.
Qeyd edək ki, Tiaqo Ramos mobil qurğular üçün "Free Fire" oyununda "4k Easy" komandasının heyətində çıxış edir. Bu oyun Braziliyada çox populyardır. Nadin Qonsalves ondan 30 yaş böyükdür.